Rusiya-Çin Ay stansiyası layihəsində Türkiyə də iştirak etmək niyyətindədir

8-04-2024, 15:54 172 dəfə baxılıb

 Rusiya və Çin tərəfindən yaradılan yeni beynəlxalq Ay stansiyası layihəsində Türkiyə də iştirak etmək üçün müraciət edib.

Bunu Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun direktoru Anatoli Petrukoviç “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyində keçirdiyi mətbuat konfransında deyib.

“Beynəlxalq Ay stansiyası layihəsində digər ölkələrin də iştirakı planlaşdırılır; bu, təkcə Rusiya-Çin və ya Çin-Rusiya stansiyası deyil. Layihədə iştirak üçün Türkiyədən və digər ölkələrdən müraciətlər var”, - deyə o bildirib.

Petrukoviçin sözlərinə görə, hazırda Asiyada, uzunmüddətli perspektivə malik kosmik tədqiqatlarda maraqlı olan kifayət qədər iddialı böyük ölkələr var.

Mənbə: RİA Novosti






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930