Tümendə fövqəladə vəziyyət rejimi elan edildi

8-04-2024, 18:00 115 dəfə baxılıb

 

Rusiyanın Tümen vilayətində daşqınlara dair proqnozlarla əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib.

“Azerinews.az” xəbər verir ki, bu barədə məlumatı regionun qubernatoru Aleksandr Moor öz teleqram kanalında açıqlayıb. 

Onun sözlərinə görə, hazırda çaylarda vəziyyət nəzarət altındadır. O bildirib ki, qar və buzun əriməsi səbəbindən çaylar suyun səviyyəsinin artması müşahidə edilir. 

Xatırladaq ki, hazırda Rusiyanın bir neçə bölgəsində qarın əriməsi səbəbindən daşqınlar qeydə alınır. Bu gün Rusiya Prezidenti Vladimir Putin hadisə ilə əlaqədar olaraq Nazirlər Kabinetinə ölkənin fövqəladə hallar naziri Aleksandr Kurenkovun rəhbərliyi altında xüsusi hökumət komissiyasının yaradılması ilə bağlı göstəriş verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930