Tbilisi aeroportu bağlanacaq

9-04-2024, 01:19 78 dəfə baxılıb

 

Gürcüstanın paytaxtı Tbilisi yaxınlığında, Vazianidə tikintisi planlaşdırılan yeni hava limanı istifadəyə verildikdən sonra Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanı mülki uçuşlar üçün bağlanacaq.

“Azerinews.az” “Sputnik Georgiya”ya istinadən xəbər verir ki, bu haqda Gürcüstan Hava Limanları Assosiasiyası məlumat yayıb.

 “2029-cu ilə qədər biz artıq yeni hava limanına sahib olacağıq və mövcud hava limanını tamamilə yenisinə köçürəcəyik”, - Gürcüstan Hava Limanları Assosiasiyasının baş direktoru İrakli Karkaşadze bildirib.

Məlumata görə, yeni hava limanı əvvəllər fəaliyyət göstərən hərbi aerodromun ərazisində yerləşəcək.

Mövcud Tbilisi hava limanı yenisi tikildikdən sonra logistik mərkəzə çevrilə, yaxud da yalnız yük təyyarələrini qəbul edə, eləcə də ölkənin yüksəkvəzifəli şəxsləri və yüksəkrütbəli xarici qonaqlara xidmət göstərə bilər. Bu məsələ ilə bağlı yekun qərar hələ verilməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031