Yaponiyanın Baş naziri ABŞ-da səfərdədir

9-04-2024, 11:42 111 dəfə baxılıb

 

Yaponiyanın Baş naziri Fumio Kişida ABŞ-a səfər edib.

"Azerinews.az" xəbər verir ki, Baş nazir Kişida artıq Vaşinqtonda olması ilə bağlı "X" hesabında paylaşım edib.

O qeyd edib ki, bu, Yaponiya Baş nazirinin son 9 ildə ABŞ-a ilk səfəridir.

Səfərdən öncə mətbuata açıqlama verən Yaponiya Baş naziri deyib ki, bu səfər ABŞ Prezidenti Co Baydenin dəvəti əsasında baş tutur.

"Mən ilk növbədə Yaponiya və ABŞ-ın qlobal tərəfdaş olduğunu, beynəlxalq ictimaiyyətin üzləşdiyi müxtəlif məsələlərdə birlikdə liderliyi ələ alacağımızı və buna nail olmaq üçün çalışdıqca Yaponiya-ABŞ münasibətlərinin daha da möhkəmləndiyini bir daha təsdiqləmək niyyətindəyəm".

Baş nazir Fumio Kişida bildirib ki o, ABŞ Konqresində də çıxış edəcək. Səfər çərçivəsində o, ABŞ, Yaponiya və Fillipinin üçtərəfli sammitində iştirak edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031