Fransa XİN rəhbəri: Ukrayna müharibdə qalib gələ bilər, hər şey bizdən asılıdır
"Avropa uzun müddət üçün Ukraynaya yardımı təmin edəcək".
"Azerinews.az" xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Stefan Sejurne RFI və "France24"ə müsahibəsində deyib.
"Hər kəs buna inanmalıdır. Bu, Avropanın mövcudluğu məsələsidir, bu, açıq-aydın uzunmüddətli təhlükəsizlik riski ilə bağlıdır. Ukraynaya yardımla bağlı bəzi qeyri-müəyyənliklər var, lakin eyni zamanda, müəyyənliklər və qətiyyət var", - o deyib.
Stefan Sejurne ABŞ-da seçkilərin nəticələrinin Avropanın təhlükəsizliyinə təsiri barədə də danışıb: "Donald Trampın Ukrayna ilə, Avropa hücuma məruz qalarsa, ABŞ kömək edəcək, ya yox – bununla bağlı bəzi bəyanatları narahatlıqlar yaradır. Çoxlu suallar var. Ona görə də biz Avropa olaraq özümüzü siyasi və müdafiə sahəsində hazırlamalıyıq. Mən NATO-nu və ya müttəfiqlərimizlə olan əməkdaşlığı əvəz etməyi nəzərdə tutmuram, mən əlavə addımları nəzərdə tuturam.
Ukraynaya yardımın davam etdirilməsi bizdən asılıdır. Rusiya inanmalıdır ki, Avropa Ukraynaya yardım etməyə davam edəcək. Bu bizim strategiyamızın özülüdür və bu, regionda sülh üçün vacibdir.
Hesab edirəm ki, Ukrayna müharibədə qalib gələ bilər, hər şey bizim yardımımızdan asılıdır".
Fransa xarici işlər naziri Sejurne Prezident Makronun Ukraynaya səfərinin olub-olmayacağı barədə suala da cavab verib. O deyib ki, təhlükəsizliklə bağlı bu məsələ barədə danışmayacaq: "Ancaq Fransanın Ukraynaya maddi dəstəyi davam edəcək və dəstəyimizi ifadə etmək üçün gələcək səfərlər olacaq".