Delimitasiya ilə bağlı qapalı iclasa buraxılmadılar

9-04-2024, 16:27 123 dəfə baxılıb

 Ermənistanın keçmiş müdafiə naziri, müxalif “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan və daha 9 deputat ölkə parlamentində bu gün delimitasiya məsələləri üzrə keçirilən qapalı iclasa buraxılmayıblar. 

“Azerinews.az” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb. 

Məlumata görə, iclas başlamazdan əvvəl parlamentin spikeri Alen Simonyan bildirib ki, parlamentin reqlamentinə uyğun olaraq, bəzi parlamentarilərin məxfi məlumatlara çıxışının olmasına icazə yoxdur. 

Ohanyanla yanaşı, qapalı iclasda deputatlar Levon Koçaryan, Armen Gevorkyan, Aspram Krpeyan, Arman Kazaryan, Mqer Melkonyan, Armen Rustamyan, Mqer Saakyan və Artur Sarkisyanın iştirakına icazə verilməyib. Hakim “Vətəndaş müqaviləsi” partiyasından isə David Karapetyan görüşdə iştirak edə bilməyib.

Bununla yanaşı, iclasdan əvvəl bütün iştirakçıların mobil telefonları yığılıb. 

Xatırladaq ki, delimitasiya məsələləri ilə bağlı keçirilən bu iclasa Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan və XİN rəhbəri Ararat Mirzoyan çağırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031