Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirildi

16-04-2024, 11:15 98 dəfə baxılıb

 

Bu gün Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilir.

“Azerinews.az” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, parlamentin binasına giriş məhdudlaşdırılacaq və binaya yalnız dəvət olunan şəxslər buraxılacaq.

Məhdudiyyətlər akkreditasiyadan keçən jurnalistlərə şamil edilməyəcək.

Gürcü deputatlar bu gün də plenar iclasda “Xarici təsirin şəffaflığı haqqqında” qanunu müzakirə edəcəklər. Sözügedən qanuna etiraz edənlər səhər saatlarından parlamentin önündə aksiyanı davam etdirəcəklərini açıqlayıblar. 

Xatırladaq ki, dünən Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqqında” qanunun müzakirəsi zamanı deputatlar arasında dava düşüb. Bununla paralel olaraq parlamentin önündə etiraz aksiyası keçirilib. Etirazçılar Tbilisinin mərkəzində Rustaveli prospektini bağlayıb. İctimai asayişi pozmaqda təqsirləndirilən 14 nəfər saxlanılıb. Prospektdə hərəkət gecə saatlarında bərpa edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930