Yaponiya əhalisi 13 ildir ki, azalır...

16-04-2024, 11:49 99 dəfə baxılıb

 2023-cü ildə Yaponiya əhalisi əvvəlki ilə nisbətən 595 min nəfər azalaraq 124 milyon 352 min nəfərə düşüb.

 "Azerinews.az" xəbər verir ki, Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin dərc etdiyi məlumatlara görə, Yaponiya əhalisi son 13 ildə ardıcıl olaraq azalır.

 Ölkə daxilində yaşayan əcnəbilər nəzərə alınmasa, Yaponiya əhalisi əvvəlki ilə nisbətən 837 min azalaraq 121 milyon 193 min nəfərə çatıb. 1950-ci ildən sonra qeydə alınan məlumatlara görə, bu, ən böyük azalma sayılır.

Yaşı 65-dən yuxarı olan əhalinin sayı 36 milyon 227 min nəfərə, 75 yaşdan yuxarı olanların sayı 20 milyona yüksəldiyi halda, 0-14 yaş arası əhalinin sayı azalaraq 14 milyon 173 min nəfərə çatıb. 65 yaşdan yuxarı seqment 29,1 faiz, 75 yaşdan yuxarı seqment 16,1, 0-14 yaş arası seqment 11,4 faiz olaraq qeyd edilib.

 

Əmək qabiliyyətli yaşda hesab edilən 15-64 yaşlı əhali isə əvvəlki ilə nisbətən 256 min nəfər azalaraq 73 milyon 952 min nəfər hesablanıb. Yaponiyanı təşkil edən 47 inzibati rayon arasında əhalisi 0,34 faizlə artan yeganə bölgə paytaxt Tokio olub. Ən çox azalma Tohoku bölgəsinin şimal-şərqindəki Aomori, İvate və Yamaqata prefekturalarında baş verib.

 

Ölkədə yaşayan əcnəbi əhalinin sayı 243 min nəfər artaraq 3,16 milyon nəfərə çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930