Qırğızıstan “TikTok”u qadağan edə bilər

17-04-2024, 11:10 119 dəfə baxılıb

 Qırğızıstan hakimiyyəti respublikada “TikTok” sosial şəbəkəsinə girişə məhdudiyyətlər qoymağı planlaşdırır.

Məlumata görə, Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi yanında Rabitə Sənayesində Tənzimləmə və Nəzarət Xidməti ölkənin internet provayderlərinə “TikTok” sosial şəbəkəsinə girişin məhdudlaşdırılması xahişi ilə məktub göndərib.

Bildirilib ki, müvafiq təşəbbüslə ölkənin Milli Təhlükəsizlik Dövlət Komitəsi çıxış edib.

Qurum məzmun, xüsusən də uşaqların informasiya məkanında təhlükəsizliyi baxımından bu şəbəkəni uyğunsuz hesab edib. Komitə Qırğızıstan Respublikası ərazisində “TikTok” sosial şəbəkə platformasına girişi məhdudlaşdırmağı və aprelin 18-dək cavabdeh qurumlardan yazılı cavab verməyi xahiş edib.

Xatırladaq ki, respublikanın Mədəniyyət Nazirliyi ilk dəfə ötən ilin avqustunda Qırğızıstanda “TikTok”un bloklanması ideyası ilə çıxış edib. Lakin bu günə qədər məsələ ilə bağlı heç bir tədbir görülməyib.

Mənbə: TASS






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930