Qırğızıstan Prezidenti Qazaxıstana gedəcək

17-04-2024, 14:15 114 dəfə baxılıb

 Qırğızıstan Prezidenti Sadır Japarov Qazaxıstana rəsmi səfər edəcək.

 "Azerinews.az" Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib.

“Səfər 18-19 aprel tarixlərində baş tutacaq. Səfər zamanı dövlət başçısı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə ikitərəfli danışıqlar aparacaq. Tərəflər qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əməkdaşlığın cari məsələlərini, həmçinin Qırğızıstan-Qazaxıstan münasibətlərinin inkişaf perspektivlərini müzakirə edəcəklər”, - o bildirib.

 Səfər çərçivəsində S.Japarov Qırğızıstan və Qazaxıstan Ali Dövlətlərarası Şurasının altıncı iclasında iştirak edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930