Təbrizdə yaşayan milli fəal həbs edilib - FOTO
Təbrizdə yaşayan milli fəal, tanınmış idmançı Kərim İsmayılzadə həbs olunaraq altı aylıq həbs cəzasını çəkmək üçün Təbriz zindanına aparılıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, o, bundan öncə Təbrizin İnqilab Məhkəməsi tərəfindən insanları sosial mediada zorakılığa təhrik və dəvət etməkdə təqsirləndirilib.
İsmayılzadə bir müddət əvvəl Urmiya gölündə meydana gələn ekoloji fəlakət və İran hökumətinin problemə etinasızlığı ilə bağlı çıxışlarından sonra yenidən basqılarla üzləşib.
Milli fəal, ekoloji problemə diqqət cəlb etmək üçün “Urmiya və Araz üçün birlik” adı altında kampaniya başlatmışdı.
Qeyd edək ki, İsmayılzadə bundan öncə də bir neçə dəfə dinc fəaliyyətlərinə görə həbs edilib.