Burkina-Faso üç fransız diplomatı ölkədən çıxarır

18-04-2024, 15:02 72 dəfə baxılıb

 

Burkina-Fasonun Xarici İşlər Nazirliyi üç fransız diplomatı “təxribatçı fəaliyyətlərinə görə” “arzuolunmaz şəxs” elan edib və ölkəni tərk etmələrini tələb edib.  

Bu barədə “France Presse” Agentliyi (AFP) Fransanın Uaqaduqudakı səfirliyinə daxil olan notaya istinadən məlumat verib.

“Diplomatlar Burkina-Fasoda təxribat törətdiklərinə görə “arzuolunmaz şəxs” elan ediliblər”, - deyə sənəddə bildirilib.

Həmçinin qeyd edilib ki, üç diplomat yaxın 48 saat ərzində Burkina-Faso ərazisini tərk etməlidir.

Məlumata görə, üç diplomatdan ikisi siyasi müşavir olub.


Xatırladaq ki, agentliyin dekabrda dərc olunan xəbərində Burkina-Faso hakimiyyətinin diplomatik pasportlara malik dörd Fransa vətəndaşını casusluqda şübhəli bilinərək saxladığını bildirilmişdi. Fransa tərəfinin versiyasına görə, onlar diplomatik missiyanın dəvəti ilə noyabrın sonunda texniki işlər görmək üçün Uaqaduquya gəliblər və dekabrın 1-də polis tərəfindən saxlanılıblar.

AFP-nin Fransanın diplomatik dairələrindəki adının açıqlanmasını istəməyən mənbəsinin sözlərinə görə, Fransa bu texniki işçilərin kompüterə texniki xidmət işlərinə aid olmayan səbəblərə görə Burkina-Fasoya göndərildiyinə dair iddiaları rədd edir.

Mənbə: TASS






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930