Yeni Kaledoniyanın azadlıq mübarizləri yeni referendum tələb edirlər

18-04-2024, 16:39 122 dəfə baxılıb

 

Biz bu gün Azərbaycan Milli Məclisinin sədri ilə əməkdaşlıq haqqında memorandum imzaladıq. Bu isə özündə siyasi dəstəyi ehtiva edir və əməkdaşlıq sərhədlərimizi genişləndirir”.

“Report” xəbər verir ki, bunu Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri Omayra Naiselin “Tarix, müasir çağırışlar və gözlənilən gələcək” mövzusuna həsr edilmiş konfransda deyib.

O, bu gün çox tarixi bir an yaşandığını vurğulayıb.

“Biz referenduma yenidən baxış keçirilməsi üçün artıq öz şikayətimizi hazırlayıb təqdim etmişik. Bu referendum kanak xalqlarının haqlarını oğurladığı üçün biz ona qarşı mübarizə aparırıq. Azərbaycana müstəqillik mübarizəmizdə yanımızda olduğuna görə minnətdarlığımızı bildiririk”, - O.Nauselin qeyd edib.


Xatırladaq ki, 1988-ci ilin noyabrında keçirilmiş referendum zamanı fransızlar tərəfindən ratifikasiya edilmiş müqavilələrlə Yeni Kaledoniya Şimal, Cənub və Luayot adası olaraq üç əyalətə bölünüb və adanın qarşıdan gələn 10 il ərzində öz müqəddəratını təyin etməsi nəzərdə tutulub. Referenduma fransızların cəmi 37 faizinin getməsinə baxmayaraq, saziş 80 faiz səslə qəbul olunub. Cənub əyalətinin sakinlərinin 57 faizi Matinyon sazişinə yox deyib. Ancaq 10 ildən sonra bu müddət daha 20 il uzadılıb və bu gün kanak xalqının həmin sazişlərlə yaranmış ümidinə iki qanun dəyişikliyi ilə son qoymaq cəhdi müşahidə olunur.

Lakin Matinyon və Numea sazişlərindən sonra kanak xalqı suverenliyinin tezliklə təmin olunacağına ümid etsə də, 36 ildir, bu proses hər dəfə təxirə salınaraq uzadılır. Sonuncu - 2021-ci il referendumu Fransa dövlətinin kanak mədəniyyətinin fundamental dəyərlərinə hörmətsizliyi və tarixi uğursuzluqdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930