Ermənistan Konstitusiyanı dəyişməkdən imtina edir? - AÇIQLAMA

19-04-2024, 12:47 96 dəfə baxılıb

 “Ermənistan Konstitusiyasının dəyişdirilməsi ölkənin daxili işidir”.

"Azerinews.az" xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyi “Sputnik Ermənistan”ın Azərbaycanın bu məsələ ilə bağlı tələbinə dair sorğusuna cavab olaraq bildirib.

"Konstitusiyanın dəyişdirilməsi məsələsi tamamilə ölkədaxili prosesdir", - XİN vurğulayıb.

Bu il yanvarın 19-da hökumətin iclasında baş nazir Nikol Paşinyan bildirmişdi ki, hazırkı geosiyasi və regional şəraitdə Ermənistanı daha rəqabətli və həyat qabiliyyətli edəcək yeni fundamental qanuna ehtiyac var.

O zaman yerli mətbuat Ermənistan hakimiyyətinin Azərbaycanın təzyiqi ilə Konstitusiyaya dəyişiklik etmək qərarına gəldiyi barədə məlumatlar yayıb.

Fevralın əvvəlində Azərbaycan Prezidenti İlham Əliyev də bildirmişdi ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar Ermənistanın Konstitusiyasında öz əksini tapıb.

Rəsmi Bakı bir neçə dəfə bəyan edib ki, sülh müqaviləsinin imzalanması Ermənistanın yeni Konstitusiya qəbul edəcəyi təqdirdə mümkün olacaq.

Ermənistanın hazırkı Konstitusiyanın preambulasında onun 1990-cı il müstəqillik  Bəyannaməsində təsbit olunmuş prinsiplər əsasında qəbul edildiyi qeyd olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930