İrəvanda terror HƏYƏCANI - Tələbələr və müəllimlər təxliyə edildi
İrəvanda Rusiya-Ermənistan (Slavyan) Universitetində terror təhlükəsi barədə siqnal daxil olub.
"Azerinews.az" xəbər verir ki, mənbələr "Sputnik Armenia"ya bildiriblər.
Saat 10:00-da tələbələr və müəllimlər təxliyə edilib.
Yarım saatdan sonra məlum olub ki, heç bir təhlükə yoxdur. Dərslər adi qaydada davam etdirilib.