İran MN: İsfahan üzərində vurulan PUA-lar sınaq məqsədilə buraxılıb

19-04-2024, 13:26 114 dəfə baxılıb

 “İran İsfahan səması üzərində vurulan pilotsuz uçuş aparatlarını sınaq məqsədilə buraxıb”.

"Azerinews.az" xəbərinə görə, bunu “X” hesabında ölkənin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəsmi nümayəndəsi Hüseyn Daliriyan yazıb.

O əlavə edib ki, yaxınmənzilli xarakterə malik olduğundan bu qurğuların digər ölkələrin ərazisindən göndərilməsi ehtimalı azdır.

Bu xəbəri həmçinin, İranın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, briqada generalı Əmir Mihandustun açıqlaması da təsdiqləyib. Generalın sözlərinə görə, İsfahan yaxınlığındakı 8-ci aviabazada yerləşdirilən hava hücumundan müdafiə sistemləri məhz bu səbəbdən işə düşüb.

Qeyd edək ki, hazırda bölgədə vəziyyətin sabit olduğu, hər hansı insidentin baş vermədiyi açıqlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031