Yerusəlimdə avtomobillə törədilən terror aktı nəticəsində 3 nəfər yaralanıb

22-04-2024, 22:00 120 dəfə baxılıb

 

Bu gün səhər saatlarında Yerusəlimdə (Qüdsdə) avtomobillə törədilən terror aktı nəticəsində 3 nəfər yaralanıb.

"Azerinews.az" "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail polisi məlumat yayıb.
"Bu gün səhər saat 08:00 radələrində Qüdsün Techelet Mordechai küçəsində avtomobil qəzası və üç piyadanın xəsarət alması ilə bağlı məlumat daxil olub. Piyadalar yüngül xəsarətlər alıblar. Lakin avtomobildən çıxan silahlı terrorçular cəhdlərinə baxmayaraq, silahları ilə zərər verə bilməyib və odlu silahlarını yerə ataraq hadisə yerindən qaçıblar", polisin yaydığı məlumatda bildirilib.

Polisin axtarşıları nəticəsində qısa müddət sonra hadisəni törətməkdə şübhəli bilinən iki şəxs saxlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031