Gürcüstanda fermerlər iki dəfə çox torpaq sığortalaya biləcəklər

22-04-2024, 19:30 127 dəfə baxılıb

 Gürcüstanda fermerlər dövlət kənd təsərrüfatı sığortası proqramı çərçivəsində iki dəfə çox torpaq sığortalaya biləcəklər.

 "Azerinews.az" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu, 10 hektar əvəzinə maksimum 20 hektar, taxıl əkinlərində isə 50 hektar əvəzinə 100 hektar olacaq.

 

Sığorta dolu, daşqın, qasırğa və payız şaxtalarından qoruyur. Fermerlər onun ümumi dəyərinin yalnız 30%-ni ödəyirlər. Bundan əlavə, zərərin qiymətləndirilməsi üçün vaxt çərçivəsi 21 gün əvəzinə 15 günə endirilir.

 

Həmçinin fermer indi ona dəyən zərər barədə sığorta şirkətinə 24 saat deyil, 72 saat ərzində telefonla məlumat verə biləcək. 2014-cü ildən 31 mart 2023-cü ilə qədər sığorta şirkətləri 65 min nəfərə 150,7 verib. Ödənilən zərərin məbləği 67 milyon larini (25,6 milyon dollar) ötür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930