Polşa nüvə silahlarının öz ərazisində yerləşdirilməsinə razılıq verdi

22-04-2024, 22:30 94 dəfə baxılıb

  “Polşa NATO-nun “Nüvə mübadiləsi” proqramı çərçivəsində ABŞ nüvə silahlarının öz ərazisində yerləşdirilməsinin əleyhinə deyil”.

Bu sözləri Polşa Prezidenti Andjey Duda “Fakt” qəzetinə müsahibəsində deyib.

“Mən bu mövzu ilə bağlı artıq bir neçə dəfə amerikalı tərəfdaşlarla danışmışam. Gizlətməyəcəyəm, mənə Polşada nüvə başlıqlarının yerləşdirilməsi barədə sual veriləndə buna hazır olduğumuzu bildirmişəm.

Əgər müttəfiqlərimiz NATO-nun şərq cinahının təhlükəsizliyinin gücləndirilməsi üçün nüvə silahından birgə istifadə çərçivəsində bizim ərazimizdə də nüvə silahı yerləşdirmək qərarına gəlsələr, biz buna hazırıq. Biz Şimali Atlantika Alyansında müttəfiqik və bu planda bizim də öhdəliklərimiz var”, - deyə Duda bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031