Putinin andiçmə mərasiminin tarixi məlum oldu
Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək.
“Azerinews.az” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsinin rəhbəri Andrey Klişas açıqlayıb.
Onun sözlərinə görə, tədbirdən bir gün əvvəl senatorlar PCR-testdən keçəcəklər.
Xatırladaq ki, martın 15, 16 və 17-də Rusiyada prezident seçkiləri keçirilib. V.Putin seçkilərdə 87,28% səslə qalib gələrək beşinci dəfə Rusiya prezidenti seçilib.