Ukrayna XİN 60 yaşa qədər kişilərə konsulluq xidmətinin göstərilməsini qadağan etdi

23-04-2024, 18:30 102 dəfə baxılıb

 Ukrayna Xarici İşlər Nazirliyi hərbi mükəlləfiyyət yaşında olan kişilərə konsulluq xidmətinin göstərilməsini qadağan edib.

Müvafiq əmri Ukrayna XİN rəhbərinin birinci müavini Andrey Sibiqa imzalayıb.

Sənədə əsasən, 18 yaşdan 60 yaşa qədər ukraynalılar xaricdəki konsulluq xidmətlərindən yalnız vətənlərinə qayıtmalarını rəsmiləşdirmək üçün istifadə edə biləcəklər.

Qeyd olunub ki, qadağa 2024-cü il aprelin 24-dən qüvvəyə minəcək.

Sərəncamın icrasının xüsusi nəzarətdə saxlanılması əmr olunub.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski aprel ayının ortalarında səfərbərliyin gücləndirilməsi haqqında qanun imzalayıb.

Mənbə: KP.ru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930