Ərdoğandan Ermənistana xəbərdarlıq: “Fürsət qapıları həmişə açıq qalmır”

23-04-2024, 15:37 118 dəfə baxılıb

 “Artıq regionda yeni bir nizam qurulur”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkət etmək həmişə daha yaxşıdır.

“İndi Paşinyan da bunu başa düşür”, - deyə o vurğulayıb.

Ərdoğanın sözlərinə görə, onlar bu məsələ ilə bağlı çox açıq danışıblar.

“İndi yeni yol xəritələri yaratmağın vaxtıdır. Ümid edirəm ki, Ermənistan diasporun onları əsarətə saldığı qaranlıqdan xilas olacaq. Fürsət qapıları həmişə açıq qalmır. Açıq qaldığı müddətcə ondan düzgün istifadə etmək lazımdır. Bu prosesdə təkcə diaspor deyil, başqaları da, gördüyünüz kimi, Ermənistana təsir göstərməyə çalışırlar. Biz bunlardan xəbərdarıq. Biz də vaxtaşırı xəbərdarlıqlar etdik. Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və yeni dövr başlayar”, - deyə o bildirib.

Mənbə: ntv.com






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031