Yamayka Fələstini müstəqil dövlət kimi TANIYIB

24-04-2024, 22:30 100 dəfə baxılıb

 Yamayka hökuməti Fələstin dövlətinin tanınması barədə qərar qəbul edib.

 "Azerinews.az" xarici mətbuata istinadən xəbər verir ki, bu qərarı xarici işlər və xarici ticarət naziri Kamina Conson Smit Nazirlər Kabinetində apardığı müzakirələrdən sonra təsdiqləyib.

 “Yamayka uzun müddətdir davam edən münaqişəni həll etmək, İsrailin təhlükəsizliyini təmin etmək və fələstinlilərin ləyaqətini və hüquqlarını qorumaq üçün yeganə əlverişli variant kimi iki dövlətli həlli müdafiə etməyə davam edir. Yamayka Fələstin Dövlətini tanımaqla sülh yolu ilə həllə tərəfdarlığını gücləndirir”, - o bildirib.

 Qərarı şərh edərkən o qeyd edib: “Qərar Yamaykanın Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin dövlətlər arasında qarşılıqlı hörmət və dinc yanaşı yaşaması, habelə BMT-nin xalqların öz müqəddəratını təyin etmək hüququnu tanınması prinsiplərinə güclü öhdəliyinə uyğundur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930