Dövlət Departamentinin mətbuat katibi Baydenə görə istefa verib

26-04-2024, 12:53 100 dəfə baxılıb

 

ABŞ Dövlət Departamentinin ərəbcə mətbuat katibi Hala Rarrit Prezident Cozef Baydenin Qəzzadakı müharibə ilə bağlı siyasətinə qarşı çıxdığını əsas gətirərək istefa verib.

Məlumata görə, Hala Rarrit Baydenin İsrailə silah göndərilməsi qərarından narazı qalıb.

“Mən 2024-cü ilin aprelində ABŞ-nin Qəzza zolağındakı siyasətinə qarşı 18 illik xidmətdən sonra istefa verirəm”, - deyə o bildirib.

Qeyd edək ki, Hala Rarrit, eyni zamanda, Dubay Regional Media Qovşağının direktor müavini olub və təxminən iyirmi il əvvəl Dövlət Departamentində siyasi və insan haqları üzrə məsul işçi kimi işləməyə başlayıb.

Mənbə: Reuters






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031