Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu imzalayıb

26-04-2024, 15:05 117 dəfə baxılıb

 Fransa və Almaniya 2040-cı ilə qədər döyüş tankının birgə istehsalı layihəsinin növbəti mərhələsinə keçmək barədə razılığa gəliblər.

"Azerinews.az" "Reuters"ə istinadən xəbər verir ki, Almaniya və Fransanın müdafiə nazirləri anlaşma memorandumu imzalayıblar.

Almaniyanın müdafiə naziri Boris Pistorius protokolu əhəmiyyətli addım adlandırıb.

Xatırladaq ki, 2017-ci ildə Berlin və Paris Fransanın rəhbərliyi altında ümumi dəyəri təxminən 100 milyard avroya başa gələn birgə döyüş təyyarəsi, həmçinin Almaniyanın "Leopard 2" və Fransanın "Leclerc"ni əvəz edəcək fransız-alman tankı üzərində işləmək barədə razılığa gəliblər. Lakin hər iki layihə fikir ayrılıqları və gecikmələrlə üzləşib.

Bu gün imzalanan anlaşma memorandumunda iki tərəf işin istehsalçılar arasında bölüşdürülməsi üçün qarşıdakı yol haqqında razılığa gəlib və ilin sonuna qədər ilk müqavilələrini imzalamağa ümid edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031