Ermənistan prokurorluğu Koçaryanın əmlakının müsadirə olunmasını tələb edir

29-04-2024, 18:30 80 dəfə baxılıb

 

Ermənistanın Baş Prokurorluğu Robert Koçaryan və “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan da daxil olmaqla, ümumilikdə 7 nəfərə məxsus əmlakın müsadirəsini tələb edir.

"Azerinews.az"  “aysor.am”a istinadən xəbərinə görə, bu barədə baş prokuror Anna Vardapetyan parlamentin Dövlət və hüquq məsələlər komissiyasının iclasında bildirib.

O deyib ki, söhbət on milyonlarla dollar məbləğində 25 ədəd daşınmaz əmlak, 5 ədəd nəqliyyat vasitəsi, Ermənistan daxilində və xaricdə fəaliyyət göstərən 16 şirkətdəki qiymətli kağızlar, eləcə də 89 milyon dollar məbləğində mənşəyi məlum olmayan pul vəsaitindən gedir.

Baş prokurorun sözlərinə görə, artıq məhkəmədə bununla bağlı iddia qaldırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930