Navalnı dünya tarixinin böyük qəhrəmanıdır - SAAKAŞVİLİ

30-04-2024, 15:19 99 dəfə baxılıb

 "Navalnı dünya tarixinin böyük qəhrəmanıdır".

"Azerinews.az" xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili həbsxanadan “Dojd” telekanalının jurnalisti Yekaterina Kotrikadzeyə müsahibə verib.

 O, Aleksey Navalnı, Ukraynadakı müharibənin perspektivləri və Gürcüstandakı etirazlar barədə fikirlərini bölüşüb.

 “Aleksey Navalnının öz kamerasından mənimlə həmrəy olduğunu bildirməsi məni çox təsirləndirdi, o, mənim üçün dünya tarixinin böyük qəhrəmanıdır. Putin qoşunlarla Kiyevə yürüş edən kimi mən onun işinin bitdiyini dərhal dedim", - Saakaşvili bildirib.

 Eks-prezident hesab edir ki, Gürcüstanda əleyhinə kütləvi nümayişlər keçirilən “xarici agentlər” haqqında qanunun qəbulu ölkədə hakimiyyət dəyişikliyi prosesini dərinləşdirəcək və sürətləndirəcək. O, həmçinin rusiyalı siyasi məhbus Vladimir Kara-Murza ilə yazışmalar apardığını bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930