Lavrov tacikistanlı həmkarı ilə yaranmış gərginliyi müzakirə edib

30-04-2024, 15:35 91 dəfə baxılıb

 

Rusiya ərazisində həyata keçirilən təhlükəsizlik tədbirləri bu və ya digər xalqa qarşı yönəlməyib.

"Azerinews.az" ın məlumatına görə, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov tacikistanlı həmkarı Sirojiddin Muhriddin ilə telefon söhbətində deyib.

O qeyd edib ki, atılan bütün addımlar terrorla mübarizə xarakteri daşıyır və bütövlükdə əhalinin təhlükəsizliyinin təmin olunmasını hədəfləyir.

Tərəflər həmçinin görülən bütün tədbirlərin ölkələrarası münasibətlərə xələl gətirməməsinin zəruriliyini bildiriblər.

Qeyd edək ki, ötən gün Tacikistan Xarici İşlər Nazirliyi Rusiya XİN-ə nota göndərib, səfir Semyon Qriqoryevi XİN-ə çağırıb.Tacikistan XİN Rusiyada vətəndaşlarının hüquq və azadlıqlarının pozulduğunu bəyan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930