Saakaşvili Tiflisdəki etirazçılara çağırış etdi
Məhbus həyatı yaşayan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Tiflisdə keçirilən aksiyaları dəstəkləyib.
"Azerinews.az" xəbər verir ki, Saakaşvili həbsxanadan etirazçılara çağırış edib:
“Gürcüstan Belarus deyil, Gürcüstanda hakimiyyət müstəqillik əldə etdikdən sonra dəfələrlə dəyişib. 2007-ci ildə etiraz aksiyaları nəticəsində istefa vermişdim, 2012-ci ildə exit-poll elan olunanda eyni saniyədə məğlubiyyətimi qəbul etmişdim.
Ümid edirəm ki, hakimiyyətin ən qorxduğu mitinqin dinc, sivil çərçivəsi saxlanılacaq!
Biznes sahiblərini mitinq iştirakçılarına ərzaq məsələlərində kömək etməyə çağırıram.
Bütün bayram həftəsini rayona getmək üçün yox, rayonlardan insanları gətirmək üçün istifadə etməliyik.
Bütün digər məsələlərdə olduğu kimi, logistika təşkilində də Sofo Japaridzeyə ümid edirəm. Bu logistika insanları yerləşdirmək, onları qidalandırmaq, ilk yardım maddələrinin göstərilməsi ilə ifadə olunur.
Bunlar sadəcə mənim düşüncələrimdir, heç vaxt özümü insanlardan üstün tutmamışam və heç kimə dərs keçə bilməyəcəm, xüsusən də gürcü xalqının bir daha özünü təşkilatçılıq qabiliyyətini göstərdiyi bu günlərdə!”.
Xatırladaq ki, son günlər Gürcüstanın paytaxtında müxalifət davamlı aksiyalar keçirir.