Son iki həftə ərzində İranda 63 məhbus edam olunub

3-05-2024, 18:30 123 dəfə baxılıb

 Son iki həftə ərzində, aprelin 17-dən mayın 1-dək İranda barələrində ölüm hökmü çıxarılmış 63 məhbus edam olunub.

Məlumatı İran İnsan Hüquqları Müdafiə təşkilatının sədri Mahmud Əmiri-Müqəddəm yayıb.

Təşkilatın hesabatına əsasən, bu il başlayandan İrandakı müxtəlif həbsxanalarda 171 nəfər barəsində çıxarılan ölüm hökmü icra olunub.

“Beynəlxalq ictimaiyyətin edamlara münasibət bildirməməsi yenilərinin baş verməsinə yol açır. İnsan hüquqlarına əməl edib, İranla diplomatik əlaqə saxlayan dövlətlər bu məsələyə diqqət etməlidir”, - deyə Mahmud Əmiri-Müqəddəm bildirib.

Mənbə: iranintl.com






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930