Rusiya Makrona cavab verdi

3-05-2024, 22:00 95 dəfə baxılıb

 

“Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya hansı hallarda qoşun göndərilə biləcəyi ilə bağlı açıqlaması çox təhlükəli tendensiyanın davamıdır”.

“Azerinews.az” “İnterfaks”a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. 

“Bu açıqlama çox vacib və təhlükəlidir. Fransa ölkənin dövlət başçısı simasında daim Ukrayna ətrafındakı münaqişədə “yerdə” birbaşa iştirakının mümkünlüyündən bəhs etməyə davam edir. Bu, çox təhlükəli tendensiyadır. Biz bunu diqqətlə izləyirik və xüsusi hərbi əməliyyatı qarşıya qoyulan məqsədlərə nail olunana qədər davam etdirəcəyik”, - deyə Peskov qeyd edib. 

Xatırladaq ki, E.Makron “The Economist”ə müsahibəsində hansı hallarda Kiyevə qoşun göndərilə biləcəyindən danışıb. Onun sözlərinə görə, bunun baş verməsi üçün əvvəlcə cəbhə dağılmalı və qoşunların göndərilməsi ilə bağlı müraciət məhz Kiyevin özündən gəlməlidir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930