Gürcüstan XİN Parisi ittiham etdi: “Sizdə obyektivlik yoxdur”

3-05-2024, 18:00 71 dəfə baxılıb

 

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Parisi Tbilisidəki zorakılığı dəstəkləməkdə ittiham edib.

Bu barədə qurumun yaydığı bəyanatdan aydın olub.

“Sizdə obyektivlik yoxdur”, - deyə sənəddə vurğulanıb.

Qurum bildirib ki, Fransanın Gürcüstandakı son hadisələrə verdiyi qiymət zorakılığa təkan verir:

“Siyasi müxalifətə bağlı və xaricdən maliyyələşən radikal qruplar hökumət binalarına və hüquq-mühafizə orqanlarına qarşı genişmiqyaslı zorakılıqlar həyata keçirsələr də, Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə xoşagəlməz hadisə istisna olmaqla, insan haqlarının ən yüksək standartlarına uyğun hərəkət ediblər”.

Bundan əvvəl Fransa XİN Tbilisidə nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiqindən narahatlığını bildirib. Gürcüstan XİN Parisi ölkədəki hadisələri daha yaxından izləməyə və obyektiv nəticələr çıxarmağa dəvət edib.

“Xatırladırıq ki, hətta Parisdə hüquq-mühafizə orqanları nümayişçilərə universal insan hüquqları standartlarına tamamilə zidd olan qəddar üsullarına qarşı durduqda belə, Gürcüstan hökuməti Fransaya qarşı tənqidi bəyanat verməkdən çəkinib”, - deyə bəyanatda vurğulanıb.

Mənbə: Newsgeorgia.ge






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930