Ərdoğan İsraillə ticarət əlaqələrinin kəsilməsindən danışdı

3-05-2024, 17:01 102 dəfə baxılıb

 “İsrail və Fələstin arasında baş verən hadisələr qəbuledilməzdir”.

“Azerinews.az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda jurnalistlərə açıqlamasında deyib. 

“İsrail 40-45 min fələstinlini öldürüb. Biz müsəlman olaraq bunları sadəcə izləyə bilməzdik. Tədbirlər görməli idik və tələb olunan addımı atdıq. İsraillə 9,5 milyard dollar həcmində ticarət dövriyyəmiz var idi, indi ticarət əlaqələrini dayandırdıq”, - deyə Ərdoğan qeyd edib. 

Xatırladaq ki, aprelin 9-da Türkiyənin Ticarət Nazirliyi İsrailə 54 növ məhsulun ixracına qadağa qoyub. Mayın 2-də isə Türkiyə İsraillə idxal-ixrac əməliyyatların tamamilə dayandırıldığını elan edib. Türkiyənin ticarət naziri Ömər Bulut bildirib ki, Qəzzada atəşkəs elan olunmayana və bölgəyə humanitar yardımın maneəsiz çatdırılması təmin edilməyənə qədər İsrailə qarşı məhdudiyyətlər qüvvədə olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930