Krımda Rusiya məxsus hərbi qayıq VURULDU

6-05-2024, 22:30 109 dəfə baxılıb

 Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Krımda Rusiya ordusuna məxsus yüksəksürətli hərbi qayığı vurub. Hücum üçün “Magura V5” dəniz dronundan istifadə edilib.

 "Azerinews.az"  xəbər verir ki, bu barədə yerli mediyaya xüsusi xidmət orqanlarındakı mənbələrdən məlumat verilib. Rusiya hərbi qayığının mayın 6-na keçən gecə Uzkaya körfəzində vurulduğu bildirilir.

 Qeyd olunur ki, uğurlu əməliyyatın arxasında Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi dayanıb. Kəşfiyyat “Magura V5” dronunun rus ordusunun yüksəksürətli qayığını məhv etdiyini təsdiqləyib.

 “Ukraynanın hücumlarının qorxusu işğalçıları Qara dəniz donanmasının iri gəmilərini yarımadadan uzaqda gizlətməyə məcbur edir. Odur ki, Krım ərazi sularında sürətli manevr edə bilən hərbi gəmilərdən istifadə olunur”, - deyə məlumatda bildirilir. (AzərTac)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930