Qazaxıstan və Serbiya prezidentlərinin TELEFON DANIŞIĞI

6-05-2024, 17:21 69 dəfə baxılıb

 Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ilə Serbiya prezidenti Aleksandr Vuçiç arasında telefon danışığı olub.

"Azerinews.az" xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.

 Telefon danışığı zamanı Kasım-Jomart Tokayev və Aleksandr Vuçiç ikitərəfli əməkdaşlığın intensivləşdirilməsi, o cümlədən əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi və Qazaxıstan prezidentinin ilin ikinci yarısında Belqrada səfərinin təşkili məsələlərini müzakirə ediblər.

 Tərəflər həmçinin regional və beynəlxalq gündəliyin bir sıra aktual mövzuları ətrafında fikir mübadiləsi aparıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930