Qazaxıstan şəkər ixracını YASAQLADI
Qazaxıstan yayın sonuna qədər şəkər ixracına qadağa qoyur.
"Azerinews.az" xəbər verir ki, bu barədə "Kazinform" Qazaxıstan Respublikası hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, bu tədbir qarşıdan gələn yay mövsümündə qazaxıstanlıların şəkərə olan tələbatını tam ödəməyə imkan verəcək,
“Bu gün anbarlarda şəkər və xam qamış ehtiyatı 136 min ton təşkil edir. 2024-cü il avqustun 31-dək 120 min ton həcmində Rusiya şəkərinin idxalı üçün nəzərdə tutulmuş kvota ilə birlikdə bu, təxminən 256 min ton təşkil edir. Bundan əlavə, Qazaxıstan 2024-cü ilin sonuna qədər emal üçün 300 min ton xam qamışın rüsumsuz idxalı kvotasına malikdir”, - deyə kənd təsərrüfatı nazirinin müavini Erbol Tasjurekov bildirib.