Paşinyan Putinin andiçmə mərasiminə dəvət edilməyib

7-05-2024, 16:59 93 dəfə baxılıb

 

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasiminə dəvət edilməyib.

“Azerinews.az” “Aysor” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı N.Paşinyan bugünkü mətbuat konfransında açıqlayıb.

O, dəvət edilmədiyindən tədbirdə iştirak etmədiyini bildirib: “Mən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan inauqurasiya mərasimində iştirakla bağlı dəvət almışdım, lakin Rusiya Prezidentindən belə bir dəvət gəlməyib”.

Paşinyan qeyd edib ki, dəvət edilsəydi belə, mətbuat konfransı daha vacib olduğundan tədbirə gedə bilməyəcəkdi: “Biz çox vacib məsələləri müzakirə edirik, ümid edirəm siz də belə düşünürsünüz”.

Xatırladaq ki, bu gün V.Putinin andiçmə mərasimi baş tutub. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930