İsrail təmsilçiləri HAMAS-la danışıqlar üçün Qahirəyə gedir
İsrail hökumətinin təmsilçilərindən ibarət nümayəndə heyəti HAMAS-la danışıqlar üçün yaxın saatlarda Qahirəyə gedəcək.
"Azerinews.az" ın xəbərinə görə, bu barədə “Reuters“ə Nazirlər Kabinetindəki adının çəkilməsini istəməyən mənbə məlumat verib.
Bildirilib ki, əsas məqsəd HAMAS-ı Qəzza sektorunda atəşkəsə dair tələblərin yenidən nəzərdən keçirilməli olduğuna inandırmaqdır.
Mənbənin sızdırdığı məlumata əsasən, heyətə MOSSAD və “Shin Bet” kəşfiyyat orqanlarının əməkdaşları cəlb edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: