Ermənistan prezidenti Kaliforniya qubernatoru ilə GÖRÜŞDÜ

10-05-2024, 11:54 99 dəfə baxılıb

 

ABŞ-a işgüzar səfəri çərçivəsində Ermənistan prezidenti Vahaqn Xaçaturyan Sakramentoda Kaliforniya ştatının qubernatoru Qavin Nyusom ilə görüşüb.

"Azerinews.az""Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublikası Prezidentinin İşlər İdarəsi məlumat yayıb.

"Söhbət zamanı hər iki tərəf Ermənistan və ABŞ arasında 30 ildən artıqdır ki, bütün sahələrdə sıx və çoxşaxəli əməkdaşlığı yüksək qiymətləndiriblər. Əsasən Kaliforniyada təmsil olunan erməni icmasının erməni-amerikan münasibətlərində böyük rol oynadığı vurğulanıb", - məlumatda deyilir.

 Vahaqn Xaçaturyan ABŞ-la, xüsusən də Kaliforniya ştatı ilə çoxsahəli əməkdaşlığın Ermənistan üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930