Paşinyanın partiyası müxalifətlə danışıqlar aparıb

10-05-2024, 12:28 126 dəfə baxılıb

 

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” nümayəndələrinin təşəbbüsü ilə müxalif “Vətən uğrunda Tavuş” hərəkatının üzvləri ilə danışıqlar aparılıb.

“Azerinews.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı hərəkatın liderlərindən biri, politoloq Suren Petrosyan açıqlayıb. 

Onun sözlərinə görə, bu təşəbbüs tərəflər arasında maneələrin aradan qaldırılmasına yönəlib: “Məqsədimiz qarşıdurma deyil, barışıqdır. Biz barrikadaların əks tərəfində dayanmaq deyil, onları dağıtmağa çalışırıq”, - deyə Petrosyan qeyd edib. 

Xatırladaq ki, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan mayın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyanı istefa verməyə çağırıb. Onun tələbi cavabsız qaldıqda, Qalstanyan itaətsizlik aksiyalarına və Paşinyanın impiçment prosesinə start verildiyini açıqlayıb. Aksiya bu gün də davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930