Hindistan XİN: “ABŞ-nin hökmranlığı sona çatıb”

12-05-2024, 12:00 104 dəfə baxılıb

 

“ABŞ-nin hökmranlığı sona çatıb”.

Bu fikri PTI-yə müsahibəsində Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar deyib.

“ABŞ-nin Soyuq Müharibə bitdikdən sonra başlayan hökmranlığı bu gün faktiki olaraq sona çatıb. Birləşmiş Ştatlar hələ də dünyanın aparıcı gücü olaraq qalır. Amma deyə bilərik ki, bir sıra səbəblərə görə digər güc qrupu ilə Birləşmiş Ştatlar arasında fərq əvvəlkindən xeyli azalıb”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, dünya sürətlə dəyişir, dünyanın aparıcı ölkələrinin siyahısı da dəyişir.


“Biz özümüz də bu dəyişikliklərin bir hissəsiyik” deyən Cayşankar ölkənin 10 il əvvəl iqtisadi inkişaf reytinqində 10-cu yerdə olduğunu, indi isə 5-ci yerə gəldiyini və 3-cü yeri tutmağı hədəflədiyini xatırladıb.

Mənbə: TASS






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031