Biz Vyananı, Dubayı özümüzə müqayisə üçün götürdük

16-01-2024, 23:30 4 dəfə baxılıb


“Bu Baş plan müstəqilik dövründə paytaxtın ilk Baş planıdır. Şəhər böyüyüb, 212 min hektardan çox ərazini, 59 qəsəbəni əhatə edir. Bu planın hazırlanması zamanı bütün dövlət qurumları, bir çox özəl qurumlar iştirak edib”. 

“azerinews.az” xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətində keçirilən Bakının Baş planının təqdimatı mərasimində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib. 

Onun sözlərinə görə, Baş planın hazırlanmasında bütün nazirliklərin təmsil olunduğu İşçi qrup yaradılıb: “Baş planın vacib hədəfləri var. Bakı insanlar üçün daha rahat şəhərə çevrilir. Lakin əvvəllər şəhərdə daha çox avtomobillər rol oynayırdı. Biz Vyananı, Dubayı özümüzə müqayisə üçün götürdük. Bilirik ki, Dubayda piyada hərəkəti üçün ciddi infrastruktur yaradılır. Vyana ictimai nəqliyyatdan rahat istifadə olunan şəhərdir. Düşünərək, müqayisə apararaq biz Vyananı özümüzə nümunəvi hədəf kimi götürdük”.  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930