Peskov postunda qaldı, Patruşevə bu vəzifə verildi

14-05-2024, 21:00 21 dəfə baxılıb

 Rusiya Prezidenti Vladimir Putin hökumətin tərkibini müəyyənləşdirib.

“Azerinews.az” xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilir ki, Putin Anton Vaynonu yenidən Prezident Administrasiyasının rəhbəri təyin edib.

Rusiya Təhlükəsizlik Şurasının sabiq katibi Nikolay Patruşev Rusiya dövlət başçısının köməkçisi təyin olunub.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov öz postunda qalıb.

Tula vilayətinin qubernatoru Aleksey Dyumin vəzifəsindən azad edilərək Purinin köməkçisi təyin olunub.

Aleksey Qromov  Sergey Kiriyenko Prezident Administrasiyası rəhbərinin birinci müavinləri postlarını qoruyublar.

Maksim Oreşkin də Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib. O, bu təyinatadək Putinin köməkçisi vəzifəsini icra edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031