Şarl Mişel Zurabişviliyə təşəkkür, Kobaxidzeyə çağırış etdi

16-05-2024, 20:00 123 dəfə baxılıb

 

Avropa Şurasının rəhbəri Şarl Mişel Gürcüstan parlamentində “xarici agentlər haqqında” qanunun qəbulu ilə bağlı prezident Salome Zurabişvili və baş nazir İrakli Kobaxidze ilə telefonla məsləhətləşmələr aparıb.
"Azerinews.az"  xəbər verir ki, “Azadlıq” radiosunun məlumatına görə, Mişel Gürcüstanda qütbləşmənin aradan qaldırılmasında Zurabişvilinin xüsusi rolunu vurğulayıb və ona bu istiqamətdə göstərdiyi bütün səylərə görə təşəkkür edib.

Eyni zamanda o, Kobaxidzeni siyasi təlatümlərdən çıxış yollarının axtarışını davam etdirməyə çağırıb.

Şarl Mişel vurğulayıb ki, gürcü xalqı öz gələcəyini həll etməlidir və cəsarətli siyasi rəhbərlik buna töhfə verə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930