Rusiya Ukrayna tərəfdə döyüşən 658 əcnəbiyə cinayət işi açıb

16-05-2024, 12:18 125 dəfə baxılıb

 

Hazırda Ukrayna tərəfindən döyüşən 658 əcnəbi muzdluya qarşı cinayət işi qaldırılıb.

"Azerinews.az" ın  xəbərinə görə, bunu Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin adı çəkilən ölkənin nəzarətindəki Luqanskda keçirdiyi əməliyyat müşavirəsində bildirib.

Onun sözlərinə görə, muzdluların əməlləri nəticəsində ölən və yaralananların sayı 165 nəfərdir. Onların arasında 7 uşaq da var.

A. Bastırkin əlavə edib ki, Ukrayna keçmiş müdafiə naziri Pyotr Mexed, Baş Qərargah rəisinin keçmiş müavini Viktor Bokiy barəsində də cinayət işi ayrıca icraatda araşdırılır. Komitə sədri daha sonra hazırda Ukrayna tərəfdən 49 ölkəni təmsil edən 658 əcnəbi muzdlunun döyüşdüyünü bildirib.

Onun sözlərinə görə, bu şəxslərin də bir qismi barəsində həbsli axtarış elan olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031