Almaniya geri çağırdığı səfirini Moskvaya qaytarıb

17-05-2024, 10:55 139 dəfə baxılıb

 

Almaniyanın Rusiyadakı səfiri Aleksander Lambsdorf Berlindəki məsləhətləşmələrdən sonra Moskvaya qayıdıb.

"Azerinews.az" ın TASS-a istinadən xəbərinə görə, bu barədə adı çəkilən ölkənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, diplomat Almaniyanın xarici işlər naziri Annalena Berbokun göstərişi ilə mayın 6-dan geri çağırılıb. Buna səbəb Almaniya Sosial Demokrat Partiyasının rəsmi Moskvanı özlərinə aid informasiya resurslarına kiberhücumlarda ittiham etməsi olub.

Bundan sonra Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həmin addımı rəsmi Berlin tərəfindən yol verilən qeyri-dost hərəkət adlandırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031