Ərdoğan İrana başsağlığı verdi

20-05-2024, 11:48 151 dəfə baxılıb

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə bağlı başsağlığı verib.

“Azerinews.az” xəbər verir ki, Ərdoğan bu barədə “X” hesabında paylaşım edib. 

“Başda İran İslam Respublikasının dini lideri Əli Xameneyi olmaqla, dost və qardaş İran xalqına, hökumətinə, cənab Rəisinin və onunla birlikdə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Fəaliyyətdə olduğu müddətdə İran xalqının və regionumuzun firavanlığı üçün göstərdiyi səylərin şəxsən şahidi olmuş bir həmkar kimi cənab Rəisini hörmətlə yad edirəm”, - deyə Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, Türkiyə əvvəllər də dəfələrlə olduğu kimi bu çətin və kədərli günlərində İranın yanındadır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031