BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

21-05-2024, 21:30 94 dəfə baxılıb

Baxmayaraq ki, Volodimir Zelenskinin rəsmi olaraq dövlət başçısı kimi səlahiyyət müddəti mayın 20-də başa çatıb, BMT onu Ukrayna prezidenti kimi tanımağa davam edəcək.

Bu barədə jurnalistlərə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik məlumat verib.

"Prezident Zelenski bizim üçün Ukraynanın dövlət başçısı və Ukrayna lideri ilə əlaqə saxlamaq lazım gəldikdə baş katibin ünsiyyət qurduğu şəxs olaraq qalır", - deyə o bildirib.

V.Zelenski 2019-cu ildə Ukrayna prezidenti seçilib və həmin il mayın 20-də vəzifəsinin icrasına başlayıb. Dövlət başçısı beş il müddətinə seçilir, seçkinin 2024-cü ilin martında keçirilməsi nəzərdə tutulurdu. Ancaq ölkə Konstitusiyasına uyğun olaraq, hərbi vəziyyət şəraitində onun keçirilməsi qadağandır.

Mənbə: RBK

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031