ABŞ Gürcüstana dəstək təklif edəcək

21-05-2024, 18:30 89 dəfə baxılıb

 

"ABŞ Gürcüstana anti-Qərb ritorikasını dəyişmək və antidemokratik kursundan imtina etmək üçün dəstək təklif edəcək".

Bu sözlər "Politico" nəşrində respublikaçı Co Uilsonun qanun layihəsinə istinadən yazdığı materialda deyilib.

Sənəd bu həftə Konqresə təqdim olunacaq.

Layihəyə görə, Vaşinqton Tbilisi ilə iqtisadi və hərbi yardım, o cümlədən təhlükəsizlik imkanlarının təmin edilməsi ilə bağlı danışıqlara başlayacaq.

Proqramın qüvvəyə minməsi üçün ABŞ Gürcüstanın demokratiyanın möhkəmləndirilməsində mühüm irəliləyiş əldə etdiyindən əmin olmalıdır.

Nəşr qeyd edib ki, bu qanun layihəsi "Xarici agentlər haqqında" Qanunun qəbulunda iştirak edən gürcü siyasətçilərinə qarşı sanksiyaların tətbiqini də nəzərdə tutur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930