Meksikada seçki mitinqi zamanı səhnə uçdu - 9 ölü, 60 yaralı - Video

24-05-2024, 01:30 140 dəfə baxılıb

 

Meksikada prezidentliyə namizəd Xorxe Alvares Maynesin seçkiqabağı mitinqi zamanı səhnədə quraşdırılan monitor uçub.

“Azerinews.az” xarici mediaya istinadən xəbər verir ki, hadisə San-Pedro-Qarsa-Qarsiya şəhərində baş verib.

Hadisə nəticəsində 9 nəfər həlak olub, daha 60 nəfər isə xəsarət alıb. Həlak olanlar arasında yetkinlik yaşına çatmayan şəxs də var. 

Bildirilir ki, monitor Maynesin çıxışı zamanı güclü külək səbəbindən uçub. İnsident zamanı prezidentliyə namizədin özü də xəsarət alıb. Onun vəziyyətinin yaxşı olduğu bildirilir. 

Qeyd edək ki, Meksikada prezident seçkiləri iyun ayında keçiriləcək.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031